Bu il Azərbaycandan yanvar-oktyabr ayları ərzində dəyəri 2 939,88 min dollar olan kakao və ondan hazırlanan məhsullar ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu məhsulun ixracında 23.2% azalma müşahidə olunub.
2020-ci ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.
Həmçinin cari ildə bu məhsulun ölkəyə idxalda dəyəri 59 282,85 min ABŞ dolları təşkil edib ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.8% artım deməkdir.
Qeyd edək ki, cari ilin 10 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,68%-ə bərabər olub.