2019-ci ilin ilk rübündə Azərbaycandan $741 mln. məbləğində kapital (cəlb olunmuş investisiyaların repatriasiyası) çıxarılıb — ötən ilin eyni dövrü ilə müqayisədə 17% az olması deməkdir.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.
Bildirək ki, AMB-nin 2018-ci ilin yekunlarına dair hesabatda qeyd edilirdi ki, ötən il ərzində ölkədən kapital çıxarılmasının ümumi həcmi $3 mlrd. 156,2 mln. edir. Ötən ilin ilk rübü göstərilməsə də, 3 rüb ərzində çıxarlan kapitalın həcmi verilib. Rəqəmlər belədir: 2018-ci ilin 2-ci rübü $824 mln., 3-cü rübü $687mln. və 4-cü rübü isə $824 mln. təşkil etdiyi bildirilir. Bununla da ötən ilin ilk rübündə kapital axının $889 mln. olması təxmin edilir.
Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyaların həcmi cari ilin ilk rübündə $817 təşkil edib.