Oktyabr ayının 1-nә kimi tarlalardan 950.5 min ton vә ya keçәn ilin müvafiq dövrünә nisbәtәn 1.1% çox kartof yığılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-avqust aylarında Azərbaycandan 33 milyon 760 min dollar dəyərində 81 min 292 ton kartof ixrac olub. Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32.1% artıb. Bildirək ki, illik müqayisədə artım olsa da, aylıq müqayisədə kartof ixracında artım qeydə alınmayıb. Artımlar cari ilin yanvar-iyul dövründəki ixrac ilə bağlıdır.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 25 milyon 412 min dollar dəyərində 93 min 444 ton kartof idxal olunub. Kartof idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 1.2% artıb.