16 C
Baku
Saturday, November 1, 2025

Azərbaycandan MDB ölkələrinə bu il valyuta axını ‘azalıb’

2021-ci ilin yanvar ayında Azərbaycana idxal edən Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin adları məlum olub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə MDB ölkələrindən Azərbaycana ən çox məhsul idxal edən ölkə Rusiyadır.

Azərbaycana bu il MDB ölkələri üzrə idxalın dəyəri 161 138.70  min dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə MDB ölkələrindən Azərbaycana idxal 15.2% azalıb.

Yanvarda  idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiyadan sonra Ukrayna və Belarus qərarlaşıb. Rusiyadan idxalın dəyəri 115 110.48 min ABŞ dolları, Ukraynadan 29 028.66 min dollar, Belarusdan isə 7 680.34 min dollar olub.

Bu il Azərbaycana ən az idxal edən MDB ölkələri isə Qırğızıstan (542.14 min dollar), Moldova (317.99 min dollar) və Tacikistandır (2.28 min dollar).

Son xəbərlər
Digər xəbərlər