2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Çernoqoriyaya çarter proqramı bərpa olunub. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı – Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Banker.az bu barədə AZAL-a istinadən xəbər verir.
⠀
Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür.