Yanvarın əvvəlindən Moskva vilayətinə Azərbaycandan 1.3 min ton təzə pomidor tədarük edilib.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumat yayıb ki, Xidmət tərəfindən 80-ə yaxın nəqliyyat vasitəsinə baxış keçirib, idxal olunan məhsullara qarşı karantin və fitosanitar nəzarət mexanizmləri tətbiq olunub.
Aparılan laboratoriya tədqiqatları nəticəsində məhsulların karantin fitosanitar tələblərinə uyğunluğu təsdiq edilib və onların sərbəst satışına icazə verilib.