18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycandan pomidor ixracı artıb – 137 milyon dollar valyuta götürüb

2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 136 milyon 950 min dollar dəyərində 114 247 ton pomidor ixrac olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13.4%, miqdar ifadəsilə 6% artıb.

2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 120 milyon 730 min dollar dəyərində 108 118 ton pomidor ixrac olunmuşdu.

Bu il ümumi ixracının 1.06%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.58%-i pomidorun payına düşüb.

Son xəbərlər
Digər xəbərlər