2021-ci ilin ilk 5 ayında (yanvar-may) Azərbaycandan 86 milyon 999 min dollar dəyərində 76 min 38 ton pomidor ixrac olunub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pomidor ixracı ötən ilin ilk 5 ayı ilə müqayisədə 2021-ci ilin ilk 5 ayında miqdar ifadəsilə 27.5%, dəyər ifadəsilə 29.3% azalıb.
2020-ci ilin ilk 5 ayında Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 861 ton pomidor ixrac edilmişdi.