2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 162 milyon 316 min dollar dəyərində 148 min 833 ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 18%, miqdar ifadəsində isə 15% artıb.
2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan 138 milyon 56 min dollar dəyərində 129 milyon 294 ton pomidor ixrac edilmişdi.