2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 123 milyon 89 min dollar dəyərində 104 min 860 ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 18%, miqdar ifadəsində isə 14,4% artıb.
2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycandan 104 milyon 239 min dollar dəyərində 91 milyon 675 ton, həmçinin cari ilin yanvar-aprel aylarında isə 73 milyon 341 min dollar dəyərində 58 min 986 ton pomidor ixrac edilmişdi.