2020-ci ilin yanvar-aprel ayı ərzində Azərbaycandan 73 milyon 341 min dollar dəyərində 58 min 986 ton pomidor ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, pomidor ixracı məbləğ ifadəsində 48%, miqdar ifadəsində isə 41% artıb.
Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayında Azərbaycandan 49 milyon 645 min dollar dəyərində 41 min 873 ton pomidor ixrac edilmişdi.
2020-ci ilin ilk yanvar- aprel ayı ərzində qeyri-neft ixracının 13%-i pomidorun payına düşüb.