25 C
Baku
Monday, April 29, 2024

Azərbaycandan Rusiyaya 306 min ədəd yumurta ixrac edildi

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrası ilə bağlı işlər davam etdirilir.

Banker.az xəbər verir ki, dekabrın 21-də Rusiya Federasiyasına “Yaraq-Qazmalar” buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.

Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.

Qeyd edək ki, AQTA ilə “Rosselxoznadzor” arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər