7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan Rusiyaya 36 ton təzə moruğun ixracının qarşısı alınıb

Azərbaycandan Rusiyaya 2 partiyada 36 ton təzə moruğun ixracının qarşısı alınıb.

Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında bildirilir.

Məlumata görə, Azərbaycandan gətirilmiş məhsulu Rusiyanın karantin fitosanitar tələbləri pozulduğuna görə, iki ölkənin sərhədində “Rosselxoznadzor”un Dağıstan üzrə idarəsinin əməkdaşları saxlayıb.

Yoxlamalar zamanı etiket məlumatı ilə fitosanitar sertifikat arasında uyğunsuzluq müəyyənləşdirilib. Məhsulları daşıyan yük maşınları Azərbaycana geri qaytarılıb.

Təqsirkarlar barədə Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 10.2-ci “Karantin altında olan məhsulların (karantin materialı, karantin yükü) idxalı və ixracı qaydalarının pozulması” maddəsi ilə inzibati iş başlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər