15 C
Baku
Friday, May 3, 2024

Azərbaycandan Rusiyaya ixrac zamanı sərhəddə növbələrin yaranmaması müzakirə olunub

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı zamanı sərhəddə nəqliyyat vasitələrinin növbələrinin yaranmaması iki ölkənin gömrük xidmətlərinin rəhbərliyi arasında müzakirə edilib.

Bu barədə müzakirələr DGK-nın sədri Şahin Bağırov və Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini, rəhbər vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov arasında aparılıb.

Görüş Belçikanın Brüssel şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə məsələlər də müzakirə edilib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər