-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi 36% artıb

Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmində Rusiya Federasiyasının payı 26.5%-ə yüksəlib.

Banker.az xəbər verir ki, 2020-ci il ərzində Azərbaycandan RF-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi 148.39 milyon dollar təşkil edib. Bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Bu da öncəki illə müqayisədə 39 milyon dollar, yaxud 36% artım deməkdir.

Qeyd edək ki, Azərbaycanın tədiyyə balansında Rusiya Federasiyası üzrə pul baratları transferlərində 457.67 milyon müsbət saldo (yəni daxil olma köçürülməni üstələyir) var.

Ötən il RF-dən Azərbaycana fiziki şəxslərin 606.07 milyon dollar həcmində pul baratları daxil olub.

Son xəbərlər
Digər xəbərlər