10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycandan şəkər ixracı kəskin artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 25 milyon 43 min ABŞ dolları dəyərində 47 min 907 ton şəkər ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan şəkərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə, dəyəri isə 2.2 ydəfə artıb.

Ötən ilin 8 ayı ərzində Azərbaycandan 11 milyon 485 min dollar dəyərində 27 min 318 ton şəkər ixrac edilmişdi.

Qeyd edək ki, yanvar-avqust aylarında şəkər ixracı ölkənin ümumi ixracının 0.19%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1.58%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər