Azərbaycan 2021-ci ildə su filtrlərinə görə xaricə valyuta axınını kəskin artırıb.
Banker.az xəbər verir ki, ilin ilk dörd ayı ərzində ölkəyə xaricdən 124 203 ədəd suyun süzülməsi və ya təmizlənməsi üçün avadanlıqları idxal edib. Bu da 15.48 milyon dolları əhatə edir.
İdxal həcmi miqdar baxımdan 2020-ci ilin eyni dövrü ilə müqayisədə bu filtrlərin sayı az olsa da dəyər baxımından xeyli artıb.
Buna səbəb isə 2021-ci ildə qiymət baxımından daha bahalı olan filtrlərin idxalıdır.
Belə ki, idxalın dəyəri 3.3 dəfə artıb.