8 C
Baku
Monday, November 18, 2024

Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb

Rusiyanın Sverdlovsk vilayətinə Azərbaycan, Özbəkistan, Türkmənistandan kənd təsərrüfatı məhsullarının ixracı artıb.

“Tərəfdaş ölkələrin (tədarüklərinin-red) payı əhəmiyyətli dərəcədə artıb: Özbəkistan – təxminən üç dəfə, Türkmənistan – təxminən iki dəfə. Azərbaycandan Sverdlovsk vilayətinə qarpız ixracı 10 dəfə artıb”, – Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) region üzrə rəis müavini Svetlana Terexova bildirib.

Qeyd edilir ki, Sverdlovsk vilayəti ərazisinə meyvə və tərəvəz ixrac edən əsas ölkələr: Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan və Ermənistandır.

Eyni zamanda qeyd edilir ki, Belarusun Rusiya ixracında payı 40 %-dən 80 %-ə yüksəlib.

Svetlana Terexova bildirib ki, ekzotik meyvələrin uzaq ölkələrdən birbaşa tədarükü dayanıb, lakin onların yerini ən yaxın tərəfdaş ölkələr tutub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər