16 C
Baku
Saturday, November 2, 2024

Azərbaycandan uçanları “Belavia” daşıyacaq

2018-ci ilin oktyabrında “Belavia Aviaşirkəti” ASC və “Azərbaycan Hava Yolları” (AZAL) 2018-ci il oktyabrın 28-dən etibarən Minsk-Bakı hava xəttinin birgə istismarı (Code-Sharing) haqqında ikitərəfli saziş imzalamışdırlar. Bu barədə Banker.az saytına AZAL-dan daxil olan məlumatda deyilir.

Sazişə əsasən “Belavia Aviaşirkəti” Minsk-Bakı-Minsk reyslərini yerinə yetirən aviaşirkət qismində, “Azərbaycan Hava Yolları” isə marketinq tərəfdaşı qismində çıxış edəcək. Beləliklə, oktyabrın 28-dən etibarən bu marşrut üzrə reyslər Belarus hava şirkəti tərəfindən özünün В2 kodu və Azərbaycan aviadaşıyıcısının J2 kodu altında yerinə yetiriləcək.

Qış cədvəlinə keçməklə “Belavia” aviaşirkəti Bakıya uçuşların tezliyini həftədə 4 dəfəyə kimi artıracaq. Minskdən uçuşlar bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri yerli vaxtla saat 23:15-də, Bakıya eniş isə növbəti gün yerli vaxtla saat 03:35-də həyata keçiriləcək. Bakıdan uçuşlar çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri yerli vaxtla saat 04:35-də və Minskə eniş isə yerli vaxtla saat 07:10-da yerinə yetiriləcək.

“Belavia Aviaşirkəti” – bizim çoxdankı və etibarlı tərəfdaşımızdır. Bakı-Minsk marşrutu üzrə birbaşa reyslərə hər iki ölkənin vətəndaşları və turistləri tərəfindən hər zaman tələbat olmuşdur. Əminəm ki, AZAL və “Belavia”-nın birgə kod-şerinq reysləri qarşılıqlı səmərəli və uzunmüddətli əməkdaşlıq üçün əsas olacaq”, “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə qeyd etmişdir.

azal belavia minsk 19102018
AZAL-ın press reliz xidmətindən

Minsk-Bakı-Minsk reysinin birgə istimarı haqqında imzalanmış saziş tranzit bazasının genişləndirilməsi, aviaşirkətlərin öz məhsullarını təşviq etmək üçün marketinq imkanlarının artırılması sayəsində Minsk və Bakı aeroportlarından tranzit ilə səyahət edən hər iki aviaşirkətin sərnişinləri üçün cəlbediciliyi xeyli artıracaq. Hər iki aviaşirkət iki ölkənin paytaxtlarının hava limanlarından istifadə edəcək tranzit sərnişinlərin əhəmiyyətli artımını planlaşdırır.

“Biz çoxdankı tərəfdaşımız “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə əməkdaşlığın davam etdirilməsi və xeyli genişləndirilməsinə çox şadıq. İnanırıq ki, bu əməkdaşlıq hər iki aviaşirkətin xeyrinə olacaq. Bu saziş sayəsində hər iki aviaşirkətin sərnişinləri səyahət üçün daha çox variant və imkanlar qazanacaqlar, həmçinin daha rahat transfer imkanından istifadə edə və daha cəlbedici qiymətə aviabilet əldə edə biləcəklər. Əgər əvvəllər “Belavia” və AZAL öz sərnişinlərinə Minsk və Bakı arasında həftədə iki dəfə uçuş təklif etmək imkanına malik idisə, indi hər iki aviadaşıyıcı həftədə dörd dəfə uçmaq imkanını təmin edəcək. Bundan əlavə, AZAL və “Belavia”-nın birgə reysi Belarus və Azərbaycan arasında davamlı əlaqələri möhkəmləndirəcək”, – deyə “Belavia Aviaşirkəti” ASC-nin baş direktoru Anatoli Qusarov bildirmişdir.

Sözügedən kod-şerinq reysi üzrə aviabiletləri hər iki tərəfdaş aviaşirkətin saytlarında – Belavia.by və azal.az saytlarında əldə etmək mümkün olacaq.

Son xəbərlər
Digər xəbərlər