7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycandan xaricə satılan çay bahalaşıb – RƏSMİ

2023-ci ilin yanvar-fevral ayında Azərbaycandan  1 milyon 094.66 min ABŞ dolları dəyərində 125.27 ton çay ixrac olunub.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni ayları ilə müqayisədə ixrac edilən çayın miqdarında 15 ton və ya 14%, məbləğində isə 202.41 min dollar və ya 23% artım var.

2023-cü ilin yanvar-fevralında çayın bir tonunun qiyməti 8 752 dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% artım deməkdir.

Hesabat dövründə idxal edilən çayın miqdarı isə 1 921 ton olub ki, idxala sərf edilən məbləğ 10 milyon 297.82 min ABŞ dolları təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər