13 C
Baku
Friday, November 22, 2024

Azərbaycandan xaricə turizm məqsədi ilə gedən əhalinin sayı yüksəlir – SİYAHI

2024-cü ilin birinci rübündə Azərbaycandan xaricə turizm məqsədi ilə gedənlərin sayı illik müqayisədə 39 faiz artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, cari ilin ilk rübündə 289 min üzərində xaricə turizm məqsədi ilə insan gedib. Bu 2023-cü ilin müvafiq dövründə 208 min nəfərə yaxın idi.

Bununla belə, ilin ilk rübündə xaricə gedən turistlərin cəmi gedənlərdə payı son bir ildə 57.9%-dən 61.2%-ə yüksəlib.

Azərbaycandan insanlar turizm məqsədi ilə ən çox Türkiyəyə gedib. İlin ilk rübündə bu ölkəyə 98 min insan gedib və bu da illik 15% artımdır. İkinci sırada Rusiyadır və bu ölkəni də illik müqayisədə 50% artımla 70 min insan ziyarət edib.

Bununla belə, 2024-cü ildə ən çox artım dinamikası İtaliya, Fransa, Çin, Hindistan və Qətərə gedənlərin sayında özünü büruzə verir.

34567

Son xəbərlər
Digər xəbərlər