2025-ci ilin yanvar-fevral ayında Azərbaycandan 30 milyon 481 min ABŞ dolları dəyərində 41 831 ton xurma ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, xurma ixracı bu ilin iki ayında ötən illə müqayisədə dəyər ifadəsilə 15.5%, miqdar ifadəsilə 25.5% azalıb.
Azərbaycandan ötən ilin eyni aylarında 26 milyon 380 min dollar dəyərində 33 331 ton xurma ixrac edilmişdi.