32 C
Baku
Saturday, August 23, 2025

Azərbaycandan xarici bazarlara meyvə, tərəvəz və bostan məhsullarının ixracı artıb

Yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara meyvə, tərəvəz və bostan məhsullarının ixracında ciddi artım qeydə alınıb. 

Banker.az-a bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qoz-fındıq ixracı 33,1%, sitrus meyvələri ixracı 54%, alma, armud və heyva ixracı 53,6%, ərik, albalı, gilas, şaftalı ixracı 33%, nar ixracı 37,7%, digər meyvələrin ixracı isə 76,2% artıb. 

Eyni dövrdə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə ümumi tərəvəz məhsullarının ixracında 22,6% artım qeydə alınıb. 

O cümlədən, bu ilin ilk 7 ayı ərzində ölkəmizdən xarici bazarlara kartof ixracı həcm olaraq 46,8%, pomidor ixracı 22,8%, qarpız və qovun ixracı 2 dəfədən çox artıb.

Artım təkcə tərəvəz və bostan məhsullarının həcmində deyil, ixrac dəyərində də öz əksini tapır. Kartof ixracından gəlir dəyər ifadəsində (ABŞ dolları ilə) 37,5% artıb, pomidor ixracı üzrə bu artım 12,4%, qarpız və qovun ixracı üzrə isə 86,4% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər