8 C
Baku
Tuesday, March 19, 2024

Azərbaycanı mənfi saldodan “qurtaran ölkə”

Azərbaycan Respublikası ilə xarici ölkələr arasındakı ticarət əlaqələrindəki müsbət saldo 2019-cu il üzrə 5,97 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm 2018-ci il üzrə 7,99 milyard dollar təşkil edirdi.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ölkənin ən böyük ticarət saldosu yenidən İtaliya ilə ticarət əlaqələrində yaradılıb. Həmin ölkəyə Azərbaycan 6,38 milyard dollarlıq məhsul satdığı halda, oradan cəmi $370 milyonluq məhsul alıb. Nəticədə bu ölkə üzrə xarici ticarət saldosu  $5,27 milyard təşkil edib.

İtaliya Azərbaycanın xarici ticarət saldosundakı payı 88% təşkil edib, yəni, bu ölkə hesabına böyük saldo qeydə alınıb.

Digər sırada isə İsrail və Türkiyə durur.

Xarici ticarət saldosu – ixracın həcmi ilə idxalın həcminin fərqidir (İDXAL-İXRAC=SALDO) . Əgər ixracın həcmi idxalın həcmindən çoxdursa müsbət saldo, idxalın həcmi ixracın həcmindən çoxdursa mənfi saldo alınır.

wew

Son xəbərlər
Digər xəbərlər