“Jumeirah Management Services (Baku)” MMC-nin Azərbaycandakı filialının 23 may 2017-ci il tarixli qərar əsasında fəaliyyətinə xitam verilib.
Bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Bununla əlaqədar filial Azərbaycanda dövlət qeydiyyatının təsviyəsini elan edir.
Məlumatda bildirilir ki, bütün tələblər, bildirişlər, iddialar, yaxud sorğular filialın kreditorları tərəfindən elan dərc edildiyi gündən iki ay ərzində Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 203A, mənzil 37 ünvanına bildirə bilərlər.