7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın əlində olan – “Polonez” RYAS nəyə qadirdir?

Polonez 300 mm kalibrli Belarus istehsalı reaktiv yaylım atəş sistemidir (RYAS).

Bir döyüş maşınında 8 raket olur. Bu kompleks düşmənin əməliyyat düzülüşünün bütün dərinliyində onun nüvə və kimyəvi hücum vasitələrinə, kəşfiyyat-zərbə sistemlərinin yerüstü elementlərinə, qoşunların əsas qruplaşmalarına, bazalarda yerləşən aviasiyasına, hava hücumundan müdafiə vasitələrinə və obyektlərinə, idarəetmə məntəqələrinə, radioelektron vasitələrinə, arxa cəbhə və digər obyektlərinə zərbə vurulması üçündür. Bundan başqa, kompleks vasitəsilə dənizsahili istiqamətlərdə düşmən donanmasının yerləşmə məntəqələri dağıdılır və onun döyüş gəmiləri məhv edilir.

“Polonez”in istehsalına 2014-cü ildə başlanıb. “Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. Maksimal məsafədə koordinatdan sapma 30 metrdən çox deyil. Dəqiq Elektromexanika Zavodunda hazırlanmış raketin atış məsafəsi 280 km təşkil edir. 300 mm çaplı raket 480 kq çəkidə döyüş başlığına malikdir. Ümumilikdə “Polonez” raket kompleksi Belarus Ordusunda “Uraqan” (220 mm) və “Smerç” (300 mm) raketlərini əvəz etməyə hazırlanıb. Maksimum uçuş məsafələri fərqli olsada da 300 km olsa belə, bu ölkəmiz üçün hazırkı vəziyyətdə kifayətdir. Məsələn, Ermənistan ərazisi və Dağlıq Qarabağ güclü raket zərbəsi altında qala bilər. Əsasən Naxçıvan ərazisindən Ermənistanın paytaxtına zərbə endirilə bilər (Turan agentliyi bununla bağlı yazmışdı).

Operativ xəbərlər üçün Telegram kanalımız: https://t.me/Banker_az

Kompleksin Çinin köməyi ilə yaradıldığı bildirilir. RS30 düşmənin açıq sahədə, sığınacaqlarda, zirehli və zirehsiz texnika, artilleriya, raket sistemləri və hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulub.

“Polonez”in daha bir üstünlüyü ondan ibarətdir ki, o, çətin keçilən ərazilər üçün nəzərdə tutulmuş MZKT-7930 “Astroloq” adlı təkərli şassi üzərində quraşdırılır. Bu səbəbdən, “Polonez”in mürəkkəb relyefli dağlıq ərazilərdə tətbiq edilməsi heç bir çətinlik yaratmır.

“Polonez” raket sistemləri, Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 RYAS’ının dörd oxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. OTRK bazası qismində də eyni Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

“Polonez” sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. RYAS 8 dəqiqə ərzində atəşə hazır vəziyyətə gətirilərək, 50 saniyə ərzində 8 fərqli hədəfə zərbə endirə bilər. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində diviziona daxil xüsusi maşın vasitəsilə aparılır.

Sistemin 300 mm-lik M20 raketlərinin hər birinin uzunluğu 7 264 mm, stabilizator pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq çatır. Döyüş hissəsi 3 növdə ola bilər. Zərbə radiusu 100–300 km-ə çatır, bir raket 275 metr radusda, 6 “Polonez”-dən ibarət bir batareya isə eyni anda 48 hədəfi və ya 100kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu o deməkdir ki, bir “Polonez” düşmənin taktiki dərinliyində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. “Polonez”-də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsini 280– 300 km-ə qədər artmasına da yardımçı olmuşdur. 480 kq başlığın zərbə hissəsi 560 kq trinitrotoluolun ekvivalentinə bərabərdir.

Son xəbərlər
Digər xəbərlər