10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın Əmək Məcəlləsi dəyişdirilir

“Əmək Məcəlləsinə dəyişiklik ediləcək. Dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq”.

Bunu Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli açıqlamasında deyib.

Deputat bildirib ki, hazırkı qanunvericiliyə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanılır.

“İndi isə bu məhdudiyyət aradan qaldırılır. İstənilən müddətə qədər işçilərlə müqavilə bağlamaq mümkün olacaq. Beynəlxalq praktikada da əmək müqavilələrinin müddəti yoxdur. Mən düşünürəm ki, bu çox doğru qərardır”.

T.Kərimli deyib ki, qanunun 77-ci maddəsinə edilən dəyişiklikdə  göstərilib ki, daha çox əmək stajı olan işçilərin peşəkarlıq səviyyəsini, az stajlı işçilərdən daha çox olması səbəbindən ixtisar zamanı xəbərdarlıq müddəti ərzində işləmək imkanlarının daha yüksək olmasına şərait yaradılsın.

“Yəni ixtisar zamanı peşəkarlığı və iş stajı çox olanlara işləmələri üçün daha çox şərait yaradılacaq. Dəyişikliyə əsasən işçi işdən azad olunduqdan sonra işəgötürənin üzərinə düşən maliyyə öhdəliyinin aradan qaldırılması nəzərdə tutulur”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər