10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın ən böyük ixrac şirkətlərinin adları açıqlandı – Siyahı

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2022-ci ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

2022-ci ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Aqrovest” MMC,  “P-Aqro” MMC, “Çinar Aqro” MMC, “Almeyvə” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “RAM Beynəlxalq Nəqliyyat və Ticarət  LTD” MMC, Nemət Yalçın Oqtay oğlu.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Naxçıvan MR Dövlət Energetika Xidməti”, “Azəri M-I Drilling Fluids” MMC”, “Bakı Metropoliteni” QSC, “EnerjiServisTikintiTəmirSazlama” MMC.

Son xəbərlər
Digər xəbərlər