“Azrose” Məhdud Məsuliyyətli Cəmiyyət cərimələnir. Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Qəbələ Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Elman İsayevdir.
İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, AzRose Qəbələ Layihəsi 2018-ci ildə istifadəyə verilib. Yüksək Texnologiyalar avadanlıqları ilə təchiz olunmuş kompleksdə kəsmə Qızılgüllər yetişdirilməkdədir.