Hazırda Azərbaycanda ümumilikdə 4244 kənd var. Bəs bu kəndlər arasında ən çox əhalisi olan yaşayış məntəqələri hansılardır?
Dövlət Statistika Komitəsindən bildirilib ki, hazırda Azərbaycanın ən çox əhali yaşayan kəndi Abşeron rayonunun Masazır kəndidir. 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıyaalınmasına görə, Masazırda 68 273 nəfər sakin olub.
Ümumiyyətlə, siyahıda ilk “3-lük”də Abşeron rayonunun kəndləri yer alır.
Hazırda Azərbaycanın əhalisi ən çox olan kəndləri aşağıdakılardır:
1. Abşeron rayonunun Masazır kəndi 68273 nəfər
2. Abşeron rayonunun Məmmədli kəndi 17039 nəfər
3. Abşeron rayonunun Novxanı kəndi 14089 nəfər
4. Tovuz rayonunun Əyyublu kəndi – 11989 nəfər
5. Tovuz rayonunun Aşağı Quşçu kəndi – 10699 nəfər
6. Biləsuvar rayonunun Xırmandalı kəndi – 10243 nəfər
7. Quba rayonunun İkinci Nügədi kəndi – 10648 nəfər
8. Qazax rayonunun Daş Salahlı kəndi – 10112 nəfər
9. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndi – 9599 nəfər
10. Lənkəran rayonunun Boladı kəndi – 9547 nəfər
11. Beyləqan rayonunun Birinci Şahsevən kəndi – 9409 nəfər
12. Şəmkir rayonunun Düyərli kəndi – 9143 nəfər
13. Şəki rayonunun Kiçik Dəhnə kəndi – 9099 nəfər
14. Sədərək rayonunun Sədərək kəndi – 8871 nəfər
15. Şəki rayonunun Baş Göynük kəndi – 8468 nəfər
16. Cəlilabad rayonunun Alar kəndi – 8462 nəfər
17. Quba rayonunun Birinci Nügədi kəndi – 8160 nəfər
18. Zaqatala rayonunun Muxax kəndi – 8132 nəfər
19. Zaqatala rayonunun Yuxarı Tala kəndi – 8127 nəfər