Bu ilin yanvar-aprel aylarında Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 4 ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya olmaqla, Türkiyə və Hindistan qərarlaşıb.
İtaliyaya ixrac 2 milyard 384 milyon ABŞ dolları, Türkiyəyə 1 milyard 57 milyon dollar, Hindistana isə 350 milyon dollar dəyərində olub.






