Dövlətə məxsus iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədiyi və büdcədən aldığı vəsaitlərin həcmi açıqlanıb.
Banker.az xəbər verir ki, dövlət büdcəsindən SOCAR-a 1.486,4 mln manat, “AzərEnerji”-yə 240,1 mln manat, “Azərbaycan DəmirYolları” QSC-yə 607,5 mln manat, “Xəzər DənizGəmiçiliyi” QSC-yə 20 mln manat, “Azərbaycan HavaYolları” QSC-yə 10 mln manat, “Azərsu” ASC-yə 431,3 mln manat ayrılıb.
SOCAR-dan isə dövlətə 1.425,1 mln manat, “Azərenerji” ASC-dən 86,8 mln manat, “Azərbaycan DəmirYolları” QSC-dən 15,8 mln manat, “Xəzər DənizGəmiçiliyi” QSC-dən 30,4 mln manat, “Azərbaycan HavaYolları” QSC-dən 32,5 mln manat, “Azərsu” ASC-dən 27,5 mln manat daxil olub.
Bakı Araşdırmalar İnstitutu