13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə ticarət dövriyyəsi 570 mln. dolları ötüb

Azərbaycanın Ərəb Dövlətləri Liqası ilə xarici ticarət dövriyyəsi 2022-ci ilin 8 aylıq göstəricilərinə əsasən 570.8 milyon ABŞ dolları təşkil edib.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

O qeyd edib ki, xarici ticarət dövriyyəsində Tunis (72.3%), Birləşmiş Ərəb Əmirlikləri (13%), Liviya (4%) ən yüksək paya malik ilk üç ölkədir. Adıçəkilən ölkələrə ixracın əksəriyyətini xam neft və neft məhsulları təşkil edir.

2022-ci ilin 8 ayı ərzində Tunisə 408.4 milyon ABŞ dolları dəyərində xam neft ixrac edilib. Həmin ölkədən cəmi 4.2 milyon ABŞ dolları dəyərində idxal həyata keçirilib. Həyata keçirilən idxalın 30%-ni xurma təşkil edir.

Nicat Hacızadə əlavə edib ki, Birləşmiş Ərəb Əmirliklərinə 2022-ci ilin 8 ayı ərzində 52 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Bu dəyərin 79%-i neft məhsullarının payına düşür. Tunisə ixrac edilən qeyri-neft məhsulları arasında əsas yeri “şokolad və ondan hazırlanan digər məmulatlar, ətir və polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı maddələr” təşkil edir. Bundan əlavə, 2022-ci ilin 8 ayı ərzində Azərbaycan Liviyaya 27.5 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirib. Həyata keçirilən ixracın 99%-ni neft məhsulları təşkil edir.

Qeyd edək ki, Ərəb Liqası Ölkələri ən çox xarici ticarət dövriyyəsinə malik olsa da bu dövr ərzində cəmi 4 əmtəə növü üzrə ticarət aparılıb.

Ərəb Dövlətləri Liqası arasında iqtisadi gücünə görə fərqlənən Səudiyyə Ərəbistanı ilə xarici ticarət dövriyyəsi 12.2 milyon ABŞ dolları dəyərindədir. İxracın əsas hissəsini hazır qida məhsulları təşkil edir. Ərəb ölkəsində edilən idxalın isə əsas hissəsini qurudulmuş xurma, plastmas və ondan hazırlanan məmulatlar əhatə edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər