2025-ci ilin yanvar-avqust aylarında “Azəralüminium” MMC 82.9 milyon dollar dəyərində məhsul ixrac edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 12.3 milyon dollar və ya 13% azalıb.
2024-cüilin 8 ayında “Azəralüminium” MMC 95.2 milyon dollar dəyərində məhsul ixrac edib.
Qeyd edək ki, hesabata əsasən”Azəralüminium” MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.