-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın əsas poladtökmə müəssisəsi ixrac gəlirlərini kəskin artırıb

“Baku Steel Company” MMC ixrac gəlirləri 67% artıb.

Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nda məlumat verilib.

Belə ki, “Baku Steel Company” MMC 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 milyon ABŞ dolları və yaxud 62.7% çoxdur.

Keçən ilin müvafiq dövründə şirkət 8.6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Qeyd edək ki, “Baku Steel Company” Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan poladəritmə müəssisəsidir. Zavodda müxtəlif markalı polad pəstahlar, armaturlar istehsal edilir. Həmçinin, istehsal edilən məhsullar sırasına şveller, künclük, ikitavr və katanka daxildir. Şirkət Rusiya, Gürcüstan və digər ölkələrə məhsullarını ixrac edir.

Son xəbərlər
Digər xəbərlər