Azərbaycanda istehsal olunan ət və süd məhsulları daxili tələbatı 90% ödəməyə imkan verir.
“Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrlərdə ət və süd məhsulları üzrə bu göstərici 30-35% olduğu halda, hazırda 90%-ə yaxındır”, – deyə kənd təsərrüfatı naziri İnam Kərimov rəsmi mətbuatda dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, bütün növ tərəvəz və meyvə ilə özünütəminetmə səviyyəsi 100%-dən çoxdur.