“Neftyoltikintitəmir” Açıq Səhmdar Cəmiyyətinin “11” aprel 2026-cı il tarixində saat 09:00-da Səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu Füzuli küçəsi 47, Füzuli Residence, 2-ci mərtəbə ünvanında olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və yeni sədrinin seçilməsi;
2. Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin seçilməsi;
3. Yeni redaksiyada Cəmiyyətin Nizamnaməsi daxildir.
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanır. Yığıncaq saat 08:30-da başlanır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəniz mütləq təqdim olunmalıdır. Səhmdarların ümumi yığıncağında şəxsən özünüz və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndəniz iştirak edə bilər. Ümumi yığıncağın gündəliyində duran məsələ ilə əlaqədar Cəmiyyətin hüquqşünası Sənan Şamilə müraciət edə bilərsiniz.
Xatırladaq ki, “Neftyoltikintitəmir” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 050 906 manatdır və qanuni təmsilçisi Mustafa Mustafayevdir.






