Elman Sirac oğlu Rüstəmov 29 İyun 1952 ildə Cəbrayıl rayonunda dünyaya göz açmışdır. Ölkənin baş bankirinin 1969-cu ildə Bünyadzadə adına Xalq Təsərrüfatı institutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olur. “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə 4 il təhsil aldıqdan sonra oranı fərqlənmə diplomu ilə bitirir. İnstitutu bitirdikdən sonra o ilk iş yeri olaraq 1973-cü ildə Azərbaycan SSSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
1974-cü ildə Elman Rüstəmov hərbi xidmətdən geri döndükdən sonra 3 il müddətinə aspiranturada təhsil almışdır. Namizədliyini 1986-cı ildə müdafiə etmişdir. 1990-92-ci illərdə Moskva şəhərində doktorluq dərəcəsin müdafiə etdikdən sonra vətənə dönmüşdür. Azərbaycanda o ilk olaraq Azərbaycan Respublikası Prezident apratında baş məsləhətçi kimi çalışmışdır. Çox keçmirki o 1992-ci ildə Milli Banka idarə heyətinin 1-ci müavini təyin edilir. Eyni zamanda o 1993-94 illərdə Kənd Təsərrüfatı – Sənaye birləşmiş səhmdar bankında idarə heyətinin sədrinin müavini vəzifəsində çalışmışdır.
Elman Rüstəmov Azərbaycan Respublikasının Milli Bankına 1995-ci ildə İdarə heyətinin sədri təyin edilir və o vaxtdan indiyə qədər bu quruma başçılıq edir.
Elman Rüstəmov 2008-2009 illədə dünyada baş verən böhran zamanı Azərbaycanın maliyyə bazarında atdığı bir çox addımlarla yadda qalıb. İlk olaraq onun rəhbərliyi altında yenidən maliyyələşdirmə faizi 15%-dən 2% endirilmişdir və ehtiyatlarla bağlı əmsal 12%-dən 0.5% endirilmişdir. Ümumi götürdükdə Elman Rüstəmovun o dövrki siyasəti daha çox stabilliyin qorunub saxlanmağına yölnəlmişdirki bu siyasət soranki mərhələlərdə özünü doğrultmuşdur.
Elman Rüstəmov 1995-ci ildən bəri Mərkəzi bankın idarə heyətinin sədri olmaqla yanaşı Dünya Bankı Qrupunda, Avropa Yenidənqurma və İnkişaf Bankında və Azərbaycan üzrə administrator sələhiyyətlərini daşıyır.
Azərbaycanın baş bankiri maliyyə sahəsində çalışmaqla paralel , 2007-ci ildə Azərbaycan Şahmat federasiyasının sədri təyin edilmişdir.
Qeyd edək ki, Elman Rüstəmov ailəlidir və 3 övladı vardır. Bizdə olan məlumata görə bankirin qızı Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsi üzrə yüksək dərəcəli diploma sahibdir və o Fransada moda fəaliyyəti ilə məşğuldur. Günel xanımın əl işləri dünyaca məşhur aktrisalar tərəfindən geniş istifadə olunur.
İmzası:
Comments are closed.