2023-cü ilin yanvar-fevral ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 3-nün ödənişləri azalıb.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Meqa Həyat Sığorta bu il və ötən il ödəniş etmədiyindən müqayisə etmək mümkün deyil.
Ən çox sığorta ödənişi artan şirkətlər arasında birinci yerdə “Xalq Həyat Sığorta” şirkəti dayanır.
Sığortaçının adı | Sığorta ödənişləri (2023-cü il yanvar-fevral), min manat | Sığorta ödənişləri (2022-ci il yanvar-fevral), min manat | İllik fərq |
A-Qroup Sığorta Şirkəti | 2,257 | 1,577 | 43% |
AtaSığorta | 544 | 1,227 | -56% |
Atəşgah Həyat Sığorta Şirkəti | 3,755 | 1,016 | 4 dəfə |
Atəşgah Sığorta Şirkəti | 2,845 | 1,792 | 59% |
Dövlət Sığorta Kommersiya Şirkəti | 2,300 | 3,720 | -38% |
Azərbaycan Sənaye Sığorta | 1,055 | 631 | 67% |
AzSığorta | 1,690 | 1,058 | 60% |
Bakı Sığorta | 454 | 379 | 20% |
Günay Sığorta | 608 | 791 | -23% |
İpək Yolu Sığorta | 23 | 8 | 3 dəfə |
Meqa Sığorta | 1,624 | 778 | 2 dəfə |
Naxçıvansığorta | 129 | 66 | 95% |
Paşa Həyat Sığorta | 32,888 | 9,108 | 4 dəfə |
Paşa Sığorta | 11,669 | 11,600 | 1% |
Qala Həyat Sığorta Şirkəti | 686 | 319 | 2 dəfə |
Qala Sığorta | 1,424 | 882 | 62% |
Xalq Həyat Sığorta Şirkəti | 572 | 3 | 191 dəfə |
Xalq Sığorta | 5,442 | 3,900 | 40% |
Aqrar Sığorta | 551 | 82 | 7 dəfə |
Meqa Həyat Sığorta | – | – | – |