“Bakelektroqaynaq” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 25 aprel 2023-cü il tarixində, saat 11:00-da Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında aşağıdakı gündəlikdə keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1.”Bakelektroqaynaq” Açıq Səhmdar Cəmiyyətinin nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi;
2. “Bakelektroqaynaq” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının (Müşahidə Şurasının) və icra orqanının seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10:00-dan 17:00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Mir Cəlal küçəsi 15 ünvanında yerləşən inzibati binasında Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.
Xatırladaq ki, “Bakelektroqaynaq” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 578 128 manatdır və qanuni təmsilçisi Süleyman Məmmədovdur.