Azərbaycanda 23 ildir ki, fəaliyyət göstərən şirkət bağlandı.
Banker.az xəbər verir ki, “Texnouniversal” ASC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol Vağzalı küçəsi, ev 30 ünvanına bildirə bilərlər.
Bildirək ki, bu şirkət Azərbaycanda 1997-ci ildən bəri fəaliyyət göstərir. “Texnouniversal” Açıq Səhmdar Cəmiyyətin nizamnamə kapitalı 14 612 manatdır və qanuni təmsilçisi Rizvan Abdullayevdir.
“Texnouniversal” ASC Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol Vağzalı küçəsi, ev 30 ünvanında dövlət qeydiyyatına alınmışdır.