9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın 3 milyonluq konserv şirkəti ləğv edilir

“07” iyun 2024-cü il tarixdə saat 10:00-da, Lənkəran rayonu, Lənkəran şəhəri, Əli Bayramov küçəsi, 77 ünvanında “Lənkəran-Konserv” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağında aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

1) 31.12.2023-cü il tarixdə başa çatmış maliyyə ili üzrə Cəmiyyətin illik hesabatlarının və maliyyə hesabatlarının təsdiqi, mənfəət və zərərin bölüşdürülməsi.

2) Cəmiyyətin ləğvi.

3) Cəmiyyətin ləğvi ilə əlaqədar olaraq kollegial icra orqanı olan İdarə Heyətinin və Direktorlar Şurasının (Müşahidə Şurasının) fəaliyyətinə xitam verilməsi, Ləğvetmə Komissiyası yaradılması və qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin Ləğvetmə Komissiyasının sədrinə həvalə edilməsi.

4) Cəmiyyətin ləğv prosesində olmasına dair məlumatların kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi ilə bağlı məsələlər.

5) Cəmiyyətin fəaliyyətinə xitam verilməsi ilə əlaqədar olaraq investisiya qiymətli kağızların dövriyyədən çıxarılması və ləğv edilməsi ilə bağlı məsələlər.

Xatırladaq ki, “Lənkəran-Konserv” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 2 862 402 və qanuni təmsilçisi Vüqar Cəfərovdur.

Son xəbərlər
Digər xəbərlər