26 C
Baku
Friday, April 19, 2024

Azərbaycanın 3 rayonunda bu yataqlar hərraca çıxarılır – Siyahı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 24-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Qazax rayonunda yerləşən “Həcərliqaya” və “Daş Salahlı” əhəngdaşı yatağının müvafiq olaraq 1,85 hektar və 8,5 hektar sahəsi, Abşeronda olan “Qırməki II” və “Zəyərdağ” kvars qumu yatağının müvafiq olaraq 2 hektar və 6 hektar sahəsi, Qaradağ rayonunda yerləşən “Gülbaxt” və “Şahqaya” əhəngdaşı yatağının müvafiq olaraq 5,5 hektar və 2,5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 17 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/310obb9) və Özəlləşdirmə portalında (https://bit.ly/3nOOycE) tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər