Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Moskvaya təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.
Banker.az xəbər verir ki, Azərbaycanın 30 şirkəti sentyabrın 24-27-də Moskvada keçiriləcək “Worldfood Moscow 2019” ərzaq sərgisində təqdim olunacaq. İxracatçılar müsabiqə əsasında seçiləcək. İyulun 12-də keçiriləcək müsabiqənin təşkilatçısı İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur. Müsabiqədə iştirak etmək üçün lazımi sənədlər iyulun 1-dən gec olmayaraq AZPROMO-ya təqdim edilməlidir.