6 C
Baku
Monday, February 23, 2026

Azərbaycanın 4 milyonluq quşçuluq şirkətinə yeni sədr seçiləcək

31 mart 2026-cı il saat 15:00-da “Göradil Quşçuluq” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “Göradil Quşçuluq” ASC-nin idarə heyəti və sədrinin seçilməsi daxildir.

Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.

Xatırladaq ki, ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 3 698 624 manatdır və qanuni təmsilçisi Xəzər Qasımovdur.

Son xəbərlər
Digər xəbərlər