14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın 4 yatağı satışa çıxarılır – Qiymətlər (Siyahı)

Banker.az xəbər verir ki, hərraca Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı, Balakən rayonu “Təpəçöl” qum-çınqıl yatağı, Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı və Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı çıxarılır.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% miqdarında beh məbləğini ödəmək üçün eyni zamanda Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər. (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) Çağrı mərkəzi: 195-1, tel: (012) 566-07-44

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalı və hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  1. Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
  2. Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini;
  3. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  4. İddiaçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
  5. İddiaçının tam adı, hüquqi statusu: Hüquqi şəxsdirsə – nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; fiziki şəxsdirsə – şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
  6. İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin surəti;
  7. İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.

İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 02 noyabr 2022-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Bayan LOT-1 172 980 m3 0.50 ha üzlük daşı 20 il 601325.9520

4492952.5150

17 298 1 729

Goranboy rayonu “Yuxarı Ağcakənd” gips yatağı

N Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Yuxarı Ağcakənd LOT-1 408 658 m3 5.0 ha gips 25 ilə qədər 625 953

447 2574

40 865 4 086

 

Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Qarasuçay LOT-1 135 000 m3 3.0 ha qum-çınqıl 6 il 649164.36

4491696.93

13 500 1 350
2. Qarasuçay LOT-2 225 000 m3 5.0 ha qum-çınqıl 9 il 649054.11

4491584.54

22 500 2 250
3. Qarasuçay LOT-3 225 000 m3 5.0 ha qum-çınqıl 9 il 648252.41

4491337.47

22 500 2 250
4. Qarasuçay LOT-4 225 000 m3 5.0 ha qum-çınqıl 9 il 648040.65

4491237.10

22 500 2 250
5. Qarasuçay LOT-5 225 000 m3 5.0 ha qum-çınqıl 9 il 648264.25

4490984.80

22 500 2 250
6. Qarasuçay LOT-6 225 000 m3 5.0 ha qum-çınqıl 9 il 647898.11

4490572.96

22 500 2 250

 

Balakən rayonu “Təpəçöl” qum-çınqıl yatağı

 

N

Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Yatağın koordinatı Başlanğıc

qiyməti

Beh məbləği

(10%)

1. Təpəçöl LOT-1 24 074 m3 1.6 ha qum-çınqıl 3 il 599637.1616

4615055.8458

2 407 240
Son xəbərlər
Digər xəbərlər