Azərbaycanda iki böyük zavoda sahib olan və eləcə də xarici məhsulların distributoru olan “Delta Qrup C.O.” MMC ikiyə bölünür.
Banker.az-ın məlumatına görə, “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS FOOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan edir.
Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu (“Bismak” və “Çörəkçi”) fəaliyyətdədir.
Şirkətin nizamnamə kapitalı 40 006 000 manatdır və qanuni təmsilçisi İlkin Şabanovdur.