7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın 5 ayda əczaçılıq məhsullarının satışından əldə etdiyi gəlir açıqlandı – Daha da artıb

Azərbaycan 2020-ci ilin yanvar-may aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatların satışından 262,3 miyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 183,7 milyon manat təşkil edib. Belə ki, cari ildə Azərbaycanın tibbi məhsulların satışından gəliri 43% və yaxud 1,4 dəfə artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,7 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Son xəbərlər
Digər xəbərlər