2020-ci ilin noyabr ayı ilə müqayisədə 2021-ci ilin noyabr ayında Azərbaycanın 20 sığorta şirkətindən 6-nin hesabladığı sığorta haqları azalıb, 12-nin isə artıb.
Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Ən çox sığorta haqqı azalmış sığorta şirkəti “AzSığorta” şirkətidir (28%).
Yığımları ən çox artan “Bakı Sığorta” şirkətidir (2.5 dəfə).
Onu da qeyd edək ki, “Aqrar Sığorta” və Meqa Həyat Sığorta şirkəti yeni yarandığı üçün müqayisə etmək mümkün deyil.