15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın 6 yatağı satıldı – Qiymət

Banker.az xəbər verir ki, hərraca 6 faydalı qazıntı yataqları satılıb.

Qazax rayonu “Həcərliqaya” əhəngdaşı yatağının qalibi “Cavadoğlu” firması, Qazax rayonu “Daş Salahlı” əhəngdaşı yatağının LOT-1 üzrə qalibi “Nigar” MMC, LOT-2 üzrə qalibi Fiziki şəxs: Həsənov Bəhram Sarif oğlu, LOT-3 üzrə qalibi isə Fiziki şəxs: Cürənli Elyar Firidun oğludur.

Abşeron rayonu “Qırməki II” kvars qumu yatağının qalibi Fiziki şəxs: Həsənov Məhərrəm Hüseynqulu oğlu, Abşeron rayonu “Zəyərdağ” kvars qumu yatağının qalibi “AAC” MMC-dir.

Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı yatağının LOT-1, LOT-2 və LOT-3 üzrə qalibi “Araz-Mİ” MMC-dir.

Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağının LOT-1 üzrə qalib Fiziki şəxs: Mahmudov Sarvan Mirzağa oğlu, LOT-2 üzrə qalib Fiziki şəxs: Şamilov Nicat Oktay oğlu və LOT-3 üzrə qalib isə Fiziki şəxs: Şamilov Nicat Oktay oğludur.

Son xəbərlər
Digər xəbərlər